Kudryaş tortu resepti - FOTO RESEPT

Kudryaş tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi:

Xəmir üçün:


8 ədəd yumurta

2 stəkan şəkər tozu

2 stəkan un

1 ç/q soda

2 ç/q sirkə

vanil

2 x/q kakao tozu

200 qr qoz (zövqə görə)



Krem üçün:

1 ədəd qatılaşdırılmış süd

250 qr kərə yağı



Hazırlanması:

Tortun biskviti 2 hissədən - ağ və qara biskvitlərdən ibarətdir. Ərzaqlarda eyni ilə iki hissəyə bölünüb istifadə olunacaq.



1. Ağ biskviti hazırlamaq üçün 4 ədəd yumurta 1 stəkan şəkər tozu ilə mikserin köməyi ilə qatı olana kimi qarışdırılır.



2. Yarım ç/q soda 1 ç/q sirkəylə qarışdırılır və yumurtalara əlavə olunub silikon qaşıqla qarışdırılır.



3. Alınmış kütləyə 1 stəkan un və vanil vurulub silikon qaşıqla aşağı sürətlə qarışdırılır.



4.
Biskvit xəmiri diametri 26 olan qaba tökülüb, 180 dərərcədə 25-30 dəq
bişirilir. İlk 20 dəqiqə ərzində sobanın ağzını açmaq olmaz. Çünki,
biskvit şişməz. Biskvitin bişməyi çöplə yoxlanılır.



5. Biskvit bişdikdən sonra tam soyudulur.



6. Qara biskiviti də eyni ilə ağ biskvit kimi hazırlanır. Yalnız un əlavə edilən zaman kakao da əlavə edilir və qarışdırılır.



7. Qara biskvit tam soyudulur.



8. Biskvitlər soyuyana kimi krem hazırlanır. Qatılaşdırılmış süd ilə yağ mikserın köməyi ilə qarışdırılır.



9. Əgər biskvitin arasına qoz vurulacaqsa bu zaman qoz ləpəsi biraz qovrulur və xırdalanır.



10. Biskvitlər tam soyuduqda biskvitlerən kənarı kəsilir və bıçaq köməyi ilə hər iki biskvit iki bərabər hissəyə bölünür.



11.
Dörd ədəd biskvit xəmiri alınır. Biskivitin birini qoyub üzərinə krem
çəkib qoz vururuq və üzərinə digər rəngdə olan biskviti qoyuruq.Eyni ilə
bütün biskvitləri bu qayda ilə edirik.



12. Sonda tortun kənarlarına və üstünə krem çəkilir, xırdalanmış biskvit xəmiri ilə bəzədilir.































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!