Qozlu rulet resepti - FOTO RESEPT

Qozlu rulet resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 41
Tərkibi:

Xəmiri üçün:


1 kq un

250 qr çəkər tozu

1 x/q duru yağ

100 qr kərə yağı

3 ədəd yumurta

300 ml süd

30 qr maya

vanil



İçlik üçün:

200 qr qoz ləpəsi

200 qr şəkər tozu



Hazırlanması:


Maya, 2 x/q un, 2x/q şəkər tozu qazana tökülür və ilıq suda həll olunur.



Mayanın şişməsi üçün isti yere qoyulur ki 2 dəfə artsın.



Böyük bir qab götürülür içinə yumurta, yağ, şəkər tozu, maya, ilıq süd tökülüb əlnən qarışdırılır.



Alınmış kütləyə un və vanil əlavə edilib xəmir yoğrulur.



Ələ yapışmayan xəmir alınır. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki şişsin.



Xəmir
acıyana kimi içlik hazırlanır. Qozu biraz tavada qızardıb ləpə çəkən
maşından keçirilib və şəkər tozu qatılıb qarışdırılır.



Xəmir acıyandan sonra kündələr düzəldilir və oxlov köməyi ilə açılıb üzərinə içlik tökülür.



Xəmiri rulet formasında düzəldilib yumurta sarısı vurulur.



Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üstü və altı qızarana kimi bişirilir.

































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!