Profiterol resepti

Profiterol resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

Krem üçün lazım olan ərzaqlar:


0,5 lt(litr) süd

60 qr nişasta (kartof kraxmalı)

125 qr şəkər tozu

1 yumurta

250 qr şanti

vanil



Şokaladlı sos üçün:

0,5 lt su

25 qr kakao

125 qr şəkər tozu

125 qr tünd (bitter) şokolad

50 qr un

100 qr kərə yağı



Xəmir üçün:

1,5 stəkan su

1+1/3 stəkan un

100qr marqarin

4 yumurta



Hazırlanması:

Kremin hazırlanması:


1. Süd, vanil qazana tökülür qaynadılır. Qaynayandan sonra qazdan götürülür.



2.
Başqa bir qabda yumurta,nişasta,şəkər tozu yaxşı qarışdırılır.Sonra
tez-tez qarışdıra-qarışdıra südün içinə tökülür və yaxşı
qarışdırılır.Qazanı yenidən qaza qoyuruq və qarışdıra-qarışdıra
bişiririk.



3. Qanamağa başlayanda(pık-pık eləyəndə) 1-2 dəqiqə bişirib qazdan götürülür,soyudulur.



4. Soyuduqdan sonra, 500 qr şanti əlavə olunur və mikserlə qarışdırılır(əl ilə də qarışdırmaq olar ).



Şokaladlı sosun hazırlanması:

1. Su, şəkər tozu, kakao, un qarışdırılır və qaynadılır.



2. Sonra qazdan götürüb içinə 200qr kərə yağı, 250qr tünd şokoladı töküb yaxşı qarışdırırıq.



3. Alınmış sosu soyuduruq.



Profiterolun hazırlanması:

1. Su, şəkər tozu, yağ qazana qoyulur. Yağ əriyənə kimi qaynadılır.



2. Sonra qazı azaldıb yavaş-yavaş un əlavə edirib tez-tez qarışdırılır(çırpma teliylə).



3. Xəmir kimi olandan sonra 2-3 dəqiqə bişirib sonra qazdan gotürüb,soyuduruq.



4.Tam soyuduqdan sonra yumurtaları bir-bir əlavə edib mikserlə çırpırıq.



5. Əvvəcədən sobanı 180 dərəcədə isidirik.



6. Sonra sobanın listinin içinə kalka kağızı sərilir. İri qənnadı torbasını (rusca: konditerskiy

meshok) xəmirlə doldururuq (torbanın ucu adi olsun, yəni gül və ya ziq-zaq şəklində

deyil) .Torbanı sıxıb 3sm-lik yumru xəmirlər duzəldirik (hər xəmir arasında 4sm məsafə

olmalıdı).



7. Sonra listi sobanın orta təbəqəsinə yerləşdirib profiterolları 30 dəqiqə

bişiririk.



8. Bişmiş profiterollar şişəcək, üstləri bir az qızaracaq. Profiterollarin arasına krem

doldurmazdan əvvəl, onları 1 saat kənarda soyutmaq lazımdı.



Profiterolun düzəldilməsi:

Bunun üçün bizə profiterol xəmirinin bişirilmişi, sos və krem lazım olacaq. Profiterolların

içini doldurmaq üçün qənnadı torbasından istifade edə bilərik. Torbanın ucu hazırlanmış

xəmirin yan hissəsindən və ya altından içərisinı salınır, krem sıxılır. İçi kremlə

dolduqdan sonra qaba qoyulur. Bütün xəmirlər eyni qayda ilə hazırlanır qaba qoyulur.

Sonda hazırladığımız sosu üstünə tökürük.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!