Kəsmikli bulka resepti

Kəsmikli bulka resepti
Şirniyyat və Tortlar
10.09.2017 50
Tərkibi:

Xəmiri üçün:


5-6 su stəkanı un,

4 ədət yumurta(otaq temperaturunda

1 su stəkanı ilıq süd,

100q kərə yağı,

1 yemək qasığı toz şəkər,

1 çay qaşığı duz,

Xəmir –maya,



Kəsmikli xərc üçün:

200 q kəsmik(şor),

200 q toz şəkər,

100 q un,



Üzəri üçün:

3 yumurta sarısı,

1yemək qaşığı duru yağ,

Küncüt,



Hazırlanması:

Yumurtalar və otaq temperaturunda yumşalmış kərə yağını əllə qarışdırın.

Qarışan yumurta və yağa süd əlavə edərək

yenə əllə qarışdırın.

Kənarda
ələnmiş un,toz şəkər və duzu qarışdıraraq bunlara əlavə edin və
yumşaq, ələ həm yapışan,həm də yapışmayan xəmir yoğurun.

Xəmirin üzərini örtərək qabarması üçün isti bir yerə qoyun.

1.5 saat xəmirin qabarması üçün yetərli olacaqdır.

Sonra xəmirdən mandalin böyüklüyündə kündələr hazırlayın (25 kündə olacaq).

Kündələri tək-tək əllə azca açın.

İçinə hazırladığınız kəsmikdən 1şirniyyat qaşığı qoyub boxça kimi bükün.

Yağlanmış fırın sinisinə düzün.

Sonra üzərinə yağla qarışdırılmış yumurta sarısı sürtün.

Küncüt səpərək 180 dərəcə qızdarılmış fırında üzəri qızarana qədər bişirin.

Fırından çıxtığı andan bulkamız yeyilməyə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!