Xrizontema şəkilli bulka resepti - FOTO RESEPT

Xrizontema şəkilli bulka resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 137
Tərkibi:

1 stəkan ilıq süd

1 stəkan ilıq su ( su yerinə süddə istifadə edilə bilər)

2 ədəd yumurta (ağı içinə sarısı üstünə sürtüləcək )

1 paket yaş maya və ya 1 paket instant maya

1 şirin qaşığı duz

3 şorba qaşığı toz şəkər

1 stəkan duru yağ

Və ala bildiyi qədər un



Xəmirin arasına sürmək üçün:

çox az kərəyağı

(Mən şəkər səpib kişmiş də qoydum, çox dadlı olur)



Hazırlanması:

Xəmir üçün süd, su, duru yağ, yumurtanın ağı, toz şəkər, duz, yaş mayanı yaxşıca qarışdırın. Unu az az əlavə edin və qulaq məməsi yumşaqlığında yumşaq bir xəmir yoğurun. Xəmirinizi dəzgahın üzərində 10 dəqiqə qədər yoğurun və yoğurma qabına qoyub üzərini əvvəl təmiz bir selofan klokla, sonra isə isti tutacaq qalın bir bez ilə örtüb yaxşıca qabarana qədər təxminən 1,5 və ya 2 saata qədər acıdın.

Qabaran xəmirdən yumurta böyüklüyündə kündələr kəsin. Kündələri oxlov ilə uzunlamasına yayın, əlinizi çox yüngül kərə yağına batırıb xəmirin üstünə sürün və xəmiri rulet şəklində bükün, Əlinizlə xəmiri iki qatı uzunluğunda uzadın.

Çəngəl və ya bıçağın tərsi ilə xəmirin kənarına yarım santimetr aralıqla cızıqlar atın (5. şəkildəki kimi ) Cızıq atma əməliyyat bitdikdən sonra xəmiri rulet kimi bükübn yağlı kağız sərilmiş soba qabına aralıqlı olaraq yerləşdirin və daha 45 dəqiqə dinləndirin

Yumurtanın sarısını sürüb əvvəldən isidilmiş 190 dərəcə sobada bişirin.

 



 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!