Çiyələkli ağ tort resepti

Çiyələkli ağ tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

Keks üçün:


3 yumurta,

1 stəkan şəkər,

1\2 stəkan süd,

1\2 stəkan duru yağ,

1,5 stəkan un,

1 paket qabartma tozu,

1 paket vanilin,

1 dənə rəndələnmiş limon qabığı ,



Krem üçün:

3 stəkan süd,

1 yumurta,

4 şorba qaşığı şəkər,

3 şorba qaşığı nişasta,

1 şorba qaşığı un,

Vanilin,

1 paket krem şanti,



Arası üçün:

500 q çiyələk,

Ağ şokolad,



Üzərini örtmək üçün:

1 paket çiyələkli krem şanti,



Ağ kremi hazırlama qaydası:

Krem şanti xaric bütün ərzaqları qarışdırıb bişirin.

Tamamən soyuyandan sonra krem şantini əlavə edib mikserlə 10-15 dəqiqə çırpın.

Artıq krem hazırdır.



Hazırlanması:

Yumurta və şəkəri mikserin köməyi ilə krem qatılığında olana qədər çırpın.

Duru yağ və südü də yavaş-yavaş qataraq qarışdırın.

Limon qabığını əlavə edib qarışdırın.

Qabartma tozu və vanilin qarışdırılmış unu da əlavə edib qaşıqla qarışdırın.

Dörtkünc fırın tabağına yağlı kağız sərin.

Qarışığı töküb hər yerini düzənləyin.

Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında üzəri azca qızarana qədər bişirin.

Bir az soyuduqdan sonra kənarlarını kəsib ortadan iki hissəyə bölün.

Sonra hər bir parçanı eninə ikiyə kəsin.

Bir parçanı tort tabağına alın.

Əvvəlcədən hazırladğınız kremdən bir az götürün

hissənin birinin üzərinə ağ damla şokoladı sürtün.

Ortadan ikiyə kəsilmiş çiyələkləri düzün.

Digər parçanı üzərinə qoyun.

Eyni prosesi parçalar bitənə qədər davam edin.

Üzərini örtmək üçün çiyələkli krem şantini paketin üzərindəki tərifə uyğun hazırlayıb örtün.

Üzərinə dilimlənmiş çiyələkləri sıralayıb zövqünüzə uyğun bəzəyin.

1 gün soyuducuda saxlayıb sonra servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!