Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

Çiyələk: 800 qram

Şəkər tozu: 200 qram

Yağlı qatıq: 0,5 litr

Qaymaq: istəyə görə



Hazırlanması:

Çiyələkli
dondurma hazırlamaq üçün əvvəlcə çiyələklər hazırlanır. Çiyələk əvvəlcə
təmizlənir, yuyulur, saplağından, yarpaqlarından və üzərində xarab
hissələr varsa ayırtlanır, yuyulur.

Yuyulub təmizlənmiş çiyələklər bir qaba qoyulur. Bundan sonra çiyələklər blender vasitəsi ilə püre halına gətirilir.

Çiyələk
püresinə şəkər tozu əlavə edilir və qarışdırılır. Burada çiyələyə əlavə
ediləcək olan şəkər tozunun miqdarını zövqünüzə görə dəyişdirmək
mümkündür. Yəni turş xoşlayırsınızsa çiyələyi çox götürün, şirin
xoşlayırsınızsa şəkər tozunun miqdarını artırın.

Soyuducuda
gözlətdiyimiz bir qaba 0,5 litr soyuq qatıq əlavə edirik. Bu zaman
dondurmamızın dadını qatığın turşluq dərəcəsi də müəyyən edir. Belə ki,
qatıq çox turş olduğu təqdirdə şəkər tozunun miqdarını artırmaq lazım
gəlir.

Qatıq
olan qaba çiyələk püresini mətbəx süzgəcindən keçirdərək əlavə edirik.
Bunun üçün qaşıqdan istifadə etmək lazımdır. Bu zaman həm çiyələyin
əzilməyən hissələri də əzilir, çiyidlər və s. də qatığa qarışmamış olur.

İndi
isə çiyələk püresi ilə qatığı birlikdə blender vasitəsi ilə yaxşıca
qarışdırmaq lazımdır. Bu zaman qarışığın içərisinə həm hava qabarcıqları
toplanır, həm də rəngi dəyişir.

Dondurma
əslində yağlı qatıqla daha ləzzətli olur. Çiyələkli dondurma ləzzətini
artırmaq üçün dondurmaya qarışdırma əsnasında qaymaq da əlavə etmək
olar.

Bundan sonra yaxşıca qarışdırdığımız çiyələkli dondurma qarışığı qəlibə əlavə edilir, qarışdırılır və soyuducuya qoyulur.

Ancaq ən yaxşısı ev şəraiti üçün dondurma maşınından istifadə etməkdir. Bu zaman daha yaxşı effekt əldə etmək olar.



Qeyd:
dondurma hazırlayarkən istifadə olunan atıq nə qədər yağlı olarsa,
çiyələkli dondurma o nisbətdə yumşaq olar və içərisində buz qristalları
da az olar.





































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!