Portağallı damla şokoladlı keks resepti

Portağallı damla şokoladlı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi:

2 yumurta,

1 su stəkanı şəkər,

1\2 su stəkanı duru yağ,

1\2 su stəkanı süd,

1 \2 su stəkanı portağal suyu,

1 ədəd rəndələnmiş portağal,

2 su stəkanı un,

1 paket qabartma tozu,

1\2 su stəkanı damla şokolad,



Hazırlanması:

Əvvəlcə yumurtaları yuyun.Sonra yumurta və şəkəri qataraq çırpın.

1\2 stəkan duru yağı və 1\2 stəkan südü əlavə edib çırpın.

İstifadə olunacaq portağalları əvvəlcə yuyun və suyunu dəsmal ilə qurudun.

Sonra portağalları soyub qabığını rəndədən keçirdin.

Portağalı isə sıxın.

Rəndələnmiş portağal qabığını və portağal suyunu da əlavə edib qarışdırın.

Un və qabartma tozunu qarışdırın.

Un və qabartma tozu qarışığını yavaş-yavaş yumurtalı qarışığa əlavə edin.

Damla şokolatını da qarışdıraraq çırpın.

Hazırlanmış olan keks xəmirini yağladığınız fırın tabağına tökün.

Əvvəlcədən 190 dərəcə qızdırılmış fırında keksin üzəri qızarana qədər bişirin.

Üzərini isə istəyinizə görə bəzəyə bilərsiniz.

Soyuduqdan sonra isə servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!