Ekler resepti

Ekler resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

Xəmir üçün:


6 yumurta,

2 stəkan un,

125 q marqarin,

1 çay qaşığı şəkər,

1,5 su stəkanı su,

duz,



Krem üçün:

Yarım litrə süd,

1 yumurta,

3 yemək qaşığı nişasta,

3 yemək qaşığı un,

50 q marqarin,

Yarım stəkan şəkər,



Sos üçün:

1 paket qaymaq,

200 q bitter şokolad,



Hazırlanması:

1 stəkan suyu qazana qoyun.

Marqarin,şəkər və duz əlavə edin.

Orta atəşdə qaynadın.

2 su stəkanı unu əlavə edin.

Yaxşıca qarışdırın.

Xəmir qazanın dibinə yapışana qədər bişirin.

Xəmiri soyumağa qoyun.

Soyuyan xəmiri mikser qabına alın.

Yumurtaları tək-tək qırın.

Hər yumurtadan sonra yavaş sürətlə mikserdə çırpın.

Son yumurtanı da çırpdıqdan sonra xəmir krema şəklində olacaqdır.

Eklerin xəmiri hazırdır.

Xəmiri sıxma torbasına alın.

Uzun çubuklar halında siniyə düzün.

Xəmir bitincə bu işləmi davam edin.

Ekleri 180 dərəcə qızdırılmış fırında 20-25 dəqiqə bişirin.

Iç kremasını hazırlamaq üçün:

1 yumurta,

3 yemək qaşığı nişasta,

3 yemək qaşığı un,

yarım stəkan şəkər tozunu qoyun.

Yarım litr südü yavaş-yavaş əlavə edin.

Unun topalanmaması üçün davamlı qarışdırın.

50 q marqarin əlavə edin.

Qazanı ocağa qoyun.

Orta atəşdə, göz-göz olana qədər bişirin.

Ardından iç kremanızı soyumağa qoyun.

Şokoladlı sosun hazırlanması:

Duru kremi başqa bir qazana qoyun.

Orta atəşdə qaynayana qədər bişirin.

Krem qaynadığında ocağı söndürün.

200q bitter şokoladı kremə qatın.

Şokoladlar əriyənə qədər qarışdırın.

Şokolad sosunuz hazırdır.

Otaq temperaturunu alana qədər sosu soyudun

Ekler tortunun hazırlanması:

Ekleri bıçaqla ikiyə bölün.

Hazırladığınız iç kremasını sıxma torbasına yığın. İkiyə ayırdığınız eklerlərin alt hissələrinin üzərinə sıxın.

Eklerin üst parçasını qapadın.

Ekler tortunun yalnız üst hissəsini şokoladlı sosa batırın.

Eklerin üzərinə antep fıstığı səpib servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!