Ückünc qozlu paxlava resepti

Ückünc qozlu paxlava resepti
Şirniyyat və Tortlar
10.09.2017 45
Tərkibi:

15 ədəd paxlava yuxası,

1 kasa döyülmüş qoz,

2 yemək qaşığı şəkər,

125 q kərə yağı,

2 yemək qaşığı duru yağ,



Şərbəti üçün:

1,5 stəkan şəkər,

1, 5 stəkan su,

1 yemək qaşığı limon suyu,



Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayın.

Şəkər və suyu 10 dəqiqəyə yaxın qaynadın.

Daha sonra limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın.

Sonra soyumağa qoyun.

Qoz ilə iki yemək qaşığı şəkəri qarışdırın.

Kərə yağını əridin.

Sonra duru yağla qarışdırın.

Yuxaları üç hissəyə ayırın.

Üç qat aralarnı yağlayaraq üst-üstə qoyun.

Hər qatı yaxşı-yaxşı yağlayıb üst-üstə qoyun.

Daha sonra hazırladığınız bu yuxaları 4-5 yerə bölün.

Uzun-uzun üç barmaq qalınlığında kəsiklər olacaqdır.

Daha sonra bu uzun parçaların üzərinə hazırladığınız qozu səpin.

Hər bir parçanı üçkünc bükün.

Bütün yuxaları bu şəkildə hazırladıqdan sonra yağlanmış siniyə yığın.

Üzərini təkrar fırça ilə yağlayın.

170 dərıcə qızdlrılmış fırında üzəri qızarana qədər bişirin.

Bişən börəklərin üzərinə soyuq şərbəti əlavə edin.

Bundan sonra Ückünc qozlu paxlava qalan qoz ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!