Qozlu perçem şirniyyatı resepti

Qozlu perçem şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

1 paket paxlava yuxası,

150 q kərə yağı,

2 su stəkanı əzilmiş qoz,

3 su stəkanı şəkər tozu,

2 su stəkanı su,

4-5 damcı limon suyu,



Hazırlanması:

Əvvəlcə şəkər və suyu bir qazanda orta atəşdə qaynadın.

Qaynadıqdan sonra atəşi azaldın.

Bu şəkildə daha 10 dəqiqə qaynadın.

Qaynatdıqdan sonra qatılaşmışdırsa üzərinə limon suyu damcıladın

Bir az daha qaynatdıqdan sonra ocağı söndürüb şərbəti soyumağa qoyun.

Şərbət soyuduğu müddətdə paxlava yuxalarını hazırlamağa başlayın.

Hazır yuxaları dəzgaha tək-tək sərdikdən sonra əritdiyimiz kərə yağını yuxaların üzərinə normal qaydada sürtün.

Kərə yağını yaxdıqdan sonra əzilmiş qozu yuxaların üzərinə səpin.

Arzuya görə yuxaları boxça halına salacaq şəkildə büzün və açılmaması üçün S şəklinə gətirin.

Yuxaların arxa hissələrinə də kərə yağı sürtün və əvvəlcədən qızdırdığınız fırında üzəri qızarana qədər bişirin.

Bişən yuxaları fırından çıxardın və soyuq şərbəti yavaşca yuxaların üzərinə töküb sonra servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!