Kipr şirniyyatı resepti

Kipr şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi:

4 yumurta,

1 su stəkanı şəkər,

2 su stəkanı duru yağ,

1 su stəkanı hind qozu,

1 su stəkanı qoz ləpəsi,

1 su stəkanı qaleta unu,

1 yemək qaşığı un,

1 qabartma tozu,

1 vanilin,



Mühəlləbi üçün:

1 su stəkanı şəkər,

1 su stəkanı nişasta,

1 litrədən 1 su stəkanı əksik süd,

1 vanilin,

1 paket toz şanti,



Şərbəti üçün:

1,5 su stəkanı şəkər,

2 su stəkanı su,



Hazırlanması:

Dərin bir qaba yumurta və şəkəri alıb yaxşıca çırpın.

Daha sonra digər ərzaqları da sırasıyla əlavə edib yumurtanı söndürmədən taxta qaşıqla yavaş-yavaş çırpın.

Dörtkünc qabı yağlayıb xəmiri tökün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Bişən keksi fırından çıxardın qoyun soyusun.

Yanda isə bir qazana şəkər və suyu qoyub 5-10 dəqiqə bişirin və bişən keksimizin üzərinə tökün.

Ayrı bir qazanda şəkər və nişastanı alıb yavaş-yavaş süd əlavə edərək çırpma teliylə çırpıb ocağa qoyun.

Orta atəşdə davamlı qarışdıraraq mühəlləbimizi bişirin.

Ocaqdan
düşürdərək ilıq istiliyində olanda şanti tozunu və vanilini də əlavə
edərək mühəlləbini mikserlə çırparaq tamamən soyuduruq.

Axan bir mühəlləbi olmalıdır.

Sərt olmamalıdır.

Istədiyiniz qatılıqda deyilsə də süd əlavə edə bilərsiniz.

Soyuyan mühəlləbini soyuyan keksimizin üzərinə töküb üzərini düzənləyin.

Vaxtınız varsa soyuducuda yarım saata yaxın saxlayıb sonra servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!