Armud şirniyyatı resepti

Armud şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

3 armud,

1 fincan şəkər,

1 stəkan su,

1 şirniyyat qaşığı darçın



Hazırlanması:

Armudları soyub ikiyə bölün.

Çəkirdəklərini çıxardın.

Qazanın altına armud qabıqlarını düzün.

Üzərinə armudları yerləşdirin.

Şəkər, su və darçını da armudların üzərinə tökün.

Qazanın qapağını örtüb vam odda suyunu çəkənə qədər bişirin.

Bişdikdən sonra ocağın altını söndürün və soyumağa qoyun.

Evdə qaymaq və ya dondurma varsa, onlarla birlikdə servis edə bilərsiniz.

Istəyə görə hind qozu ilə də servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!