Fıstıqlı əzmə resepti

Fıstıqlı əzmə resepti
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi:

15 ədəd paxlava yuxası

5 stəkan fıstıq tozu

250 qram kərə yağı



Fıstıqlı əzmə şərbəti üçün:

5 stəkan şəkər

3,5 stəkan su

1/2 ədəd limon suyu



Hazırlanması:

Şəkər tozu və su bir qazanda qatılaşana qədər qaynadılır.



Şərbət qatılaşandan sonra limon suyu da əlavə edilir, bir az qaynadılır. Bundan sonra şərbət soyumaq üçün kənara qoyulur.



Kərə yağının 100 qramı əridilir.



Paxlava yuxasının biri masanın üzərinə sərilir, üzərinə ərinmiş kərə yağı sürtülür.



1/3 stəkan fıstıq bu yuxanın üzərinə bərabər şəkildə sərilir.



Bu fıstıqlı əzmə yuxası möhkəm bir rulon halına gətirilir və siniyə qoyulur.



Geri
qalan bütün yuxalar da eyni şəkildə hazırlanır və səliqə ilə siniyə
düzülür. Siniyə düzüləndən sonra hamısı düzgün bir formada doğranılır.



Bundan sonra qalan kərə yağı da əridilir.



Qaynar kərə yağı dilimlənmiş yuxaların üzərinə tökülür.



Duxovka 200 dərəcəyə isidilir.



Üzərinə qaynar yağ tökülən yuxalar 200 dərəcə temperaturlu duxovkada 15 dəqiqə bişirilir.



15
dəqiqədən sonra fıstıqlı əzmə sinisi duxovkadan çıxardılır. İsti – isti
üzərinə əvvəlcədən hazırlayıb soyutduğumuz şərbət bərabər şəkildə
ehtiyatla tökülür.



Şirniyyatı süfrəyə verməzdən əvvəl şərbəti canına çəkməsi üçün biraz gözləmək lazımdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!