Ponçik resepti

Ponçik resepti
Şirniyyat və Tortlar
10.09.2017 57
Tərkibi:

qatıq: 400 q

Yumurta: 1 ədəd

Toz şəkər: 0,5 stəkan (miqdarı biraz da artırmaq mümkündür)

bitki yağı: 3 qaşıq

un: 3 stəkan

cem (istəyə görə)

Süd: 150 ml

duz

soda



Hazırlanması:

Ponçik
hazırlamaq üçün yumurta ilə şəkər tozu çalınıb qarışdırılır. Sonra
bunların üzərinə qatıq, soda, yağ, duz əlavə olunuraraq qarışdırılır.
Sonra bunlara un əlavə olunur. Ponçik xəmiri çox bərk olmamalıdır.
Xəmir yumşaq olmalıdır. Ponçik xəmiri hazır olduqdan sonra, yapışmaması
üçün əllərimizi unlayırıq. Xəmirdən kiçik kündələr kəsilərək halqalar
və ya kökə formasnda kiçik kütlələr hazırlayırıq.



Daha
sonra bu hazırladığımız xəmirləri qazanda yağı yaxşıca qızdırırıq.
Qızardıldıqdan sonra əgər halqa şəklində hazırlamamışıqsa içərisinə
kulinar şprisi ilə cem doldururuq. Qızardıqdan sonra onları kağız
salfetin üzərinə yığırıq ki, əlavə yağ salfetə hopsun. Sonda üzərinə
şəkər pudrası əlavə edirik. Ləzzətli ponçiklərimiz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!