Şokoladlı tart resepti

Şokoladlı tart resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

Tart xəmiri üçün:


2 ədəd yumuranın sarısı (otaq temperaturunda)

3/4 stəkan şəkər tozu

1+1/2 stəkan un

6 xörək qaşığı kərə yağı və ya marqarin

1 çimdik duz

2 yemək qaşığı soyuq su



Şokaladlı krema üçün:


400 qram bitter şokalad (kiçik – kiçik doğranmış halda)

125 qram kərə yağı və ya marqarin

5 ədəd yumurta (otaq temperaturunda ağı və sarısı bir birindən ayrılmış halda)

1 stəkan toz şəkər

3/4 stəkan qaymaq



Hazırlanması:

Duxovkanı əvvəlcə 190 dərəcə isidin.



Tart
xəmiri hazırlamaq üçün bütün xəmir xammalları qarışdırılır və bunlardan
şokaladlı tart xəmir yoğrulur. Yoğrulan xəmir təqribən yarım saat
soyuducuda gözlədilib dincəldilir.



Xəmir
soyuducuda gözləədilərkən bu zaman ocağın üzərində bir qabda kərə yağı
və ya marqarin şokaladla birlikdə əridilir və əriyərək qarışır. Yağ və
şokalad əridikdən sonra soyumağa buraxılır.



Mətbəx
masası yüngülcə unlanır. Dincəlib özünü tutan xəmir burada 0,5 sm
qalınlıqda açılır. Qəlibin içərisinə yerləşdirilir. Alt hissəsi çəngəl
vasitəsi ilə dəlinir. Üzərinə folqa sərilir. Bunun üzərinə biraz ağırlıq
eləməsi məqsədi ilə noxud və ya lobya qoyulur. Bu şəkildə əvvəlcvdən
190 dərəcəyə isitdiyimiz duxovkaya verilir. Şokoladlı tart 15 dəqiqə
bişdikdən sonra duxovkadan çıxardılır. Folqa və üzərindəki ağırlıqlar
alınır. Duxovkanın temperaturu 180 dərəcəyə düşürdülür. Şokaladlı tart
10-15 dəqiqə yenidən bişirilir.



Şokaladlı
tart ikinci dəfə bişirilərkən krema hazırlanmağa başlanılır. Krema
hazırlamaq üçün yumurtanın sarısı və toz şəkər mikserdə möhkəmcə
çırpılır. Yumurtanın rəngi ağaranda içərisinə qaymaq və şokolad qarışığı
əlavə edilir. Yumurtanın ağı qar halına gətirilir və qarışığın
içərisinə az – az əlavə edilir. Hazır olan krema bişmiş tartın içərisinə
tökülür və 180 dərəcə isidilmiş duxovkada 25 dəqiqə bişirilir. Vaxtın
sonunda tart duxovkadan çıxardılır. Bişən tart otaq temperaturuna gələnə
qədər gözlədilir. Otaq temperaturuna soyudulmuş tart bundan sonra
soyuducuya qoyulur və burada 12 saat gözlədilir.



12 saatdan sonra şokoladlı tart servisə hazır olur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!