Cheesecake resepti

Cheesecake resepti
Şirniyyat və Tortlar
10.09.2017 1
Tərkibi:

1 ədəd yumurta sarısı (otaq temperaturunda olacaq)

2 ədəd yumurta

800 qram labnə pendiri

1+1/2 stəkan şəkər tozu

1/4 stəkan süd qaymağı

1 ədəd limon qabığı rəndəsi

1,5 yemək qaşığı un (silə)



Altlıq üçün:

3/4 stəkan yulaflı qurabiyə qırıntısı

1/4 stəkan ərinmiş kərəyağı və ya marqarin.



Hazırlanması:

Əvvvəlcə
Cheesecake altlıq hazırlanır. Əzilmiş qurabiyələr ilə əridilmiş yağ
qarışdırılır. Bunlar qəlibin tabanına basdırılıb yerləşdirilir. Bundan
sonra soyuducuya qoyulur və donması üçün gözlədilir.



Duxovka 260 dərəcəyə isidilir.



Pendir
və toz şəkər birlikdə çırpılır. Yumurtalar tək tək əlavə edilir. Möhkəm
qarışdırıldıqdan sonra un və qaymaq ilə birlikdə limon qabığı rəndəsi
də əlavə edilir və yenə qarışdırılır. Artıq qarışıq qəlibə tökmək üçün
hazırdır.



Soyuducudan
çıxardılan qəlibin xəmir yerləşdirilir və duxovkaya qoyulur. 260
dərəcədə təqribən 10 dəqiqə bişirilir. 10 dəqiqədən sonra duxovkanın
temperaturu 100 dərəcəyə gətirilir. 100 dərəcədə 1 saat bişirilir. 1
saatdan sonra duxovkadan çıxardılır. İzqaranın üzərinə qoyulur və
soyuması üçün burada gözlədilir. Tam soyuduqdan sonra soyuducuya qoyulur
və burada bir gün gözlədilir.



Soyuducuda bir gün gözləyən cheesecake servisə hazır olur.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!