Qozlu piroq resepti

Qozlu piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 141
Tərkib:

100 qram kərə yağı;

150 qram şəkər tozu;

2 ədəd yumurta;

5 qram qabartma tozu;

120 qram buğda unu;

100 qram qoz;

125 ml süd.



Hazırlanması:

Qozlu piroq hazırlamaq üçün yumurtanı şəkər tozu ilə çırpın.



Başqa bir qabda yağı əridib soyudun.



Yağ soyuduqdan sonra çalınmış yumurtaya əlavə edin və möhkəm qarışdırın.



Qozu qabıqlarından təmizləyin. Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın. Doğranmış qozu unla qarışdırın.



Sobanı 180 dərəcədə isidin.



Hazırladığınız Qozlu piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.



Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.



Soyuyan qozlu piroqu şəkər kirşanı və qozla bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!