Ev üsulu künefe resepti

Ev üsulu künefe resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

150 qram kadayıf

100 qram kərə yağı

100 qram pendir

1 qaşıq bəkməz (bəkməzin olması vacib deyil. Olsa bişdikdən sonra rəngi gözəl olar)



Şərbət üçün:

4/3 stəkan şəkər tozu

1 stəkan su

1-2 damla limon suyu



Üzəri üçün:

Fıstıq əzməsi



Hazırlanması:

Ev üsulu künefe hazırlamaq üçün əvvəlcə künefenin şərbəti hazırlanır. Çünki künefe isti, şərbət isə soyuq olmalıdır.



Kadayıfı tel – tel edib havalandırırıq.



50 qram kərə yağını əridib kadayıfın üzərinə tökün. Sonra əlinizlə çox sıxmadan yağı kadayıfa yedirdin.



Orta
ölçülü bir tavada (çox böyük olmasın) qalan kərə yağının yarısını
sürtüb üzərini bəkməzlə sıvıyırıq. Sonra kadayıfın yarısını buraya
yayırıq. Rəndələnmiş pendiri kadayıfın üzərinə yayın. Bundan sonra qalan
kadayıfı da bunun üzərindən yayın. Yüngülcə əlinizlə üzərindən
bastırın.



Vam
odda ocağın böyük gözündə kadayıfı çevirə – çevirə bişirin. Bir tərəfi
bişdikdən sonra geniş bir qaba tavanı çevirin. Künefeni sürüşdürərək
tavaya alın və ikinci üzün də bişməsini gözləyin.



Ev
üsulu künəfə ikinci üz də bişdikdən sonra bir tabağa alırıq. İsti
künəfənin üzərinə hazırladığımız soyumuş şərbəti tökürük. Üzərinə
əzilmiş fıstıq tökülür. İsti – isti yeyilir.



Qeyd:

İstəyə görə süfrəyə verilərkən üzərinə qaymaq, dondurma da qoyula bilər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!