Ərik cemindən keks resepti - FOTO RESEPT

Ərik cemindən keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

2 ədəd yumurta

1 stəkan şəkər tozu

250 qr qatıq

0,5 stəkan ərinmiş kərə yağı

3 stəkan un

1 stəkan ərik cemi

1 ç/q soda

vanil



Hazırlanması:

1. İlk öncə yumurta ilə şəkər tozu qarışdırma teli ilə qarışdırılır.



2. Sonra qatıq, yağ, un, soda, vanil əlavə olunur və qarışdırma teliylə yaxşı qarışdırılır.



3. Alınmış kütləni diametri 20 sm olan tavaya tökürük (keks tavaya yapışmasın deyə tavaya kərə yağı sürtüb üstündən un səpirik).



4. Əvvəlcədən 190 dərərcə isidilmiş sobada 25 dəqiqə bişirilir.Bişməyini kibrit çöpü ilə yoxlayırıq.



5.
Keks bişdikdən sonra tam soyumasını gözləyirik. Tam soyuduqdan sonra
keksin kənarları kəsilir, əlnən və ya sürtgəcin köməyi ilə xırdalanır.



6.
Keksın üzərinə və kənarlarına cem vurulur (mən bu reseptde ərik
mürəbbəsindən istifadə etdim-əriyin dənələrini blenderden keçirib cem
halına gətirmişəm).



7. Xırdalanmış xəmir ovuntuğlarını keksin üstünə və kenarlarına vururuq.





















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!