Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi:

125 qr su

2 qr duz

60 qr kərə yağı

75 qr un

3 əd toyuq yumurtası

125 qr inək südü

20 qr şəkər tozu

1 x/q kraxmal (tam dolmayan)

50 qr acı şokolad



Hazırlanması:

Ərzaqlar hazırlanır.



Kremin hazırlanması üçün lazım olan ərzaqlar hazırlanır.



Bir qazana su, duz və kərə yağı əlavə edilir. Yağ tam əriyənə qədər isidilir.



Yumurtanın birini ayrı boşqabda digər ikisi isə digər boşqabda sındırılıb çəngəl ilə qarışdırılır.



Yağ
əridilən qazana unun hamısı birdən tökülür və qarışdırılır. Məhlul o
saat yığılıb və qazanı sirkələdikdə bir kündəyə çevirilməlidir.



Alınan
kündəni bir neçə dəqiqə ərzində qarışdırıb "qurutmaq" olar, sonra oddan
götürüb, üzərinə bir yumurta əlavə edilir. Yaxşıca qarışdırılır. Sonra
üzərinə az-az digər boşqabdakı yumurtalar əlavə edilir. Və hər dəfə
qatılaşanadək qarışdırılır. Adətən yumurtaların hamısını istifadə
etmirlər, boşqabda bir qədər yumurta saxlanılır. Bunu onun üçün edirlər
ki, xəmir plastik və yumşaq alınsın. Yoxlamaq üçün, xəmirin üzərindən
barmağınızla xətt çəkin, əgər xəmir lazımı qədər plastikdirsə - alınan
dəlik o saat bir qədər örtülməyə başlayacaq.



Alınan
xəmiri diametrki 14 mm olan "dişli" qənnadı kisəyə əlavə edilir. Əgər
qənnadı kisənin dişliyinin diametri az olarsa, o zaman eklerin
uzunluğunuda ona proporsional olaraq qısa edilir. Klassik eklerin orta
uzunluğu 14 sm olur. Lakin daha vacibi eklerlərin eyni ölçüdə olmasıdır.



Sac
kərə yağı ilə yağlanır, kağız salfetlə silinir. Xətkeş və ya digər düz
alətlə sacın üzərində un ilə düz xətlər yaratmaq ki, eklerləri düzgün
yerləşdirmək mümkün olsun.



Ehtiyyatla eklerlər düz xətlər boyunca saca düzülür.



Eklerlər
30-40 dəqiqəlik, əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya göndərilir.
Onlar çox sayda çatlamamalı, yalnız hər iki böyürdən çatlar əmələ
gəlməli və o çatlar qızılı rəng alanadək sobada saxlanmalıdırlar.



Eklerlər
hazırlananadək, bişmiş (zavarnoy) krem hazırlanır. Bunun üçün qazana
süd əlavə edilir, digər boşqabda isə yumurta sarısı, şəkər tozu və
kraxmal qarışdırılır.



Şokolad mikrodalğalı sobada əridilir.



Süd
qaynayanda qarışdıraraq üzərinə yumurta sarısı əlavə edilir. Dayanmadan
qarışdıraraq, üzərinə şokolad əlavə edilir və bir dəqiqə ərzində
bişirilir. Kərə yağı əlavə edib, oddan çıxarılır və yağ tam əriyənədək
qarışdırılır. Alınmış məhlul üzərinə qida torbası salınmış saca əlavə
edilir. Üzərinə birdaha qida torbası salınaraq sac 15 dəqiqəlik
dondurmaya yerləşdirilir.



Eklerlər soyudulur. Dişi balaca olan taxmaqla eklerin üzərində dəliklər edilir (bu zaman xəmir taxmaqda qalmalı.)



Donmuş bişmiş krem boşqaba yerləşdirilir.



Sonra qənnadı torbanı kremlə doldurub və dəliklərin diametrində olan taxmaqla eklerlərin içi doldurulur.



Üzərinə çıxan krem ehtiyyatla götürülür.



Şokoladlı boya azacıq isidilir (təqribi 30 dərəcə qədər) və hər eklerin üzərinə ehtiyyatla yaxılır.



Eklerlər hazırdı!

















































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!