Qozlu və albalılı brauni resepti - FOTO RESEPT

Qozlu və albalılı brauni resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

150 qr kərə yağı

150 qr acı şokolad

150 qr şəkər tozu

2 ad toyuq yumurtası

100 qr un

100 qr tumu təmizlənmiş albalı

50 qr qoz və ya pekan (və ya digər ləpə)



Hazırlanması:

1. Ərzaqlar hazırlanır.



2. Bir qazan su qaynadılır və o qazanın üzərinə bir boşqab kubik şəklində doğranmış yağlar qoyulub, suyun buğunda əridilir.



3. Qara şokolad əlavə edilib, yavaş qarışdırılaraq əridiləndən sonra boşqab qazanın üstündən götürülür.



4. Nəticədə həmcins qatı maye alınmalıdır. Ehtiyyatlı olmaq lazımdır ki ona su düşməsin.



5. Şəkər tozu, yumurta və bir çimdik duz qarışdırılır.



6. Alınmış yumurta məhlulu şokoladlı məhlul ilə qarışdırılır.



7. Albalı və qoz əlavə edilir.



8. Azacıq olaraq məhlula un əlavə edilərək qarışdırılır.



9. Forma boşqabı yağlanır, yüngülcə unlanır və xəmirlə doldurulur.



10.
Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirilir. Brauninin
ortası maye kimi qalmalıdır, formadan çıxarılmadan öncə qurudulmalıdır.



11. Formadan çıxarandan sonra brauninin üzərinə ələkdən keçirdilmiş kakao-toz əlavə edilir.



12. Kubiklər şəklində doğrayıb, albalı və qozla bəzəyə bilərsiniz.

















































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!