Ev üsulu şokaladlı pudinq resepti

Ev üsulu şokaladlı pudinq resepti
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi:

3 yemək qaşığı un

3 yemək qaşığı kakao

3 yemək qaşığı şəkər tozu

3 stəkan süd

80 qram bitter şokalad.



Bəzək üçün:

Çiyələk



Hazırlaması:

1.
Pudinq hazırlamaq üçün bütün materialları: un, kakao, şəkər tozu, süd,
bitter şokaladı bir qazanda qarışdırın və bu qarışığı bişirin.

2.
Bişən pudinq qatılaşıb lazımi qatılığa gəldikdən sonra ocağın üzərindən
götürün. Ancaq soyuyana qədər pudinqi qarışdırmağa davam edin.

3. Biraz soyuyduqdan sonra hazır olan pudinqi süfrəyə veriləcək kasalara çəkin.

Qeyd: əgər şokaladlı pudinqin üzərində qaymaq əmələ gəlməsini istəmirsinizsə, bu zaman kasaların üzərini streç filmlə bağlayın.

4. Puding soyuduqdan sonra soyuducuya alın. Burada tam soyumasını gözləyin.

5. Soyuyan pudinqi süfrəyə verərkən üzərinə bütöv çiyələk qoyaraq bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!