Çay piroqu resepti - FOTO RESEPT

Çay piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 59
Tərkibi:

0,5 stəkan köhnə çay dəmi

0,5 stəkan mürəbbə suyu

1 ədəd yumurta

1 stəkan şəkər tozu

100 qr əridilmiş kərə yağı

2,5 stakan un

2 stəkan cem

100 qr şəkər pudrası

0,5 ç/q soda

vanil



Hazırlanması:

1. Yumurta və şəkər tozu mikser vasitəsilə çoxlu qarışdırılır (təxminən 10 dəqiqə).



2. Üzərinə çay dəmi, yağ, mürəbbə suyu əlavə olunub mikserlə qarışdırılır.



3. Hazırlanmış kütlənin üzərinə un,soda,vanil tökülür silikon qaşıqla yaxşı qarışdırılır (xəmir yumuşaq olmalıdı).



4. Diametri 23sm olan tavaya perqament kağızı sərilir və alınmış kütlə tavaya tökülür.



5. Əvvəlcədən 180 dərərcə isidilmiş sobada 20-25 dəqiqə bişirilir (bişməyini çöplə yoxlamaq lazımdır).



6. Xəmir bişdikdən sonra soyuması üçün gözlənilir. Tam soyuduqdan sonra iti bıçaqla tam ortadan iki bərabər hissəyə bölünür.



7. Bir hissənin üzərinə bıçaqla cem çəkilir və o biri hissə üzərinə qoyulur.



8. Üzərinə kiçik süzgəc yardımıyla şəkər kirşanı səpilir.

































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!