Süd dilimi keksi resepti

Süd dilimi keksi resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

-1,5 st un

-1,5 st pudra şəkəri

-1st qatıq

-1 st duru yağ

-3 yumurta

-1 vanil,1 qabartma tozu

-2 x.q kakao



Krem üçün:

-2 paket krem(400qr)

-2 paket krem şanti(sadə)

-1 x.q bal,

-3 damcı limon suyu



Hazırlanması:

Birinci kremi hazırlayaq ki, keksimiz hazır olana kimi soyuducuda qalsın. Krem, krem şanti, limon suyu və balı mikserdə yüksək sürətlə bərkiyənə kimi qarışdırıb soyuducuya qoyuruq. Yumurtayla, pudra şəkərini mikserlə qarışdırırıq, qatıq, duru yağı da əlavə edib qarışdırırıq. Sonra un, vanil, qabartma, kakaonu ələkdən keçirib, əlavə edirik və hamısını bir yerdə mikserlə qarışdırırıq. Alınan kütləni iki yerə bölürük. Sobanın qabına kağız sərib biraz yağlayırıq kütlənin yarısını töküb əvvəlcədən 200 dərəcədə isinmiş sobada 10 dəqiqə bişiririk. İkinci kütləni də eyniylə bişiririk. Soyumuş kütlənin arasına soyuducudakı kremi çəkirik üzərinə ikinci kütləni qoyub əlimizlə yüngül basırıq ki hər yeri düz olsun. 1 saata yaxın soyuducuya qoyuruq. Sonra dilimləyib, xüsusi şirniyyat bəzəkləriylə bəzəyirik. (Bəzəmək vacib deyil)



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!