Kokoslu paxlava resepti

Kokoslu paxlava resepti
Şirniyyat və Tortlar
10.09.2017 159
Tərkibi:

Xəmir üçün:


1 Kq un,

2 Ədəd yumurta,

200 qr xama,

200 qr kərə yağı,

1 çay  qaşığı quru maya,

lazım olarsa su

 

İçlik üçün:

500 qr Şəkər tozu,

500 qr kokos.

1 paket vanil

 

Şərbət üçün:

3 su stəkanı şəkər tozu,

2 su stəkanı su

Qatları yağlamaq üçün 400 qr kərə yağı.

 

Üzəri üçün:

2 Ədəd yumurta sarısı,

150 qr qoz ləpəsi

 

Hazırlanması:

Verilən məhsullardan xəmir yoğururuq, üzərini örtüb 1 saatlıq acımağa qoyuruq.Bu müddət ərzində içlik və şərbəti hazırlayırıq.Göstərilən şəkər tozunu kokosla və vanil ilə bir qabda qarışdırıb kənara qoyuruq.  Şərbət üçün  şəkər tozunu və suyu bir qaba alıb odun üzərinə qoyuruq, qaynadıqdan sonra 1-2 damcı limon sıxıb odun  üzərindən götürürük.  Xəmiri 12 kündə edirik lakin, 3 kündəni digərlərinə nisbətən böyük düzəldirik, 2 -si alt qatlar ücün, 1-i isə ən üst qata. Kündələri 7-8 dəqiqə gözlədirik, bu arada qatları yağlamaq üçün yağı əridirik. Listi  yağlayırıq. Kündələri yayırıq ən alt qatı yağlayıb digər kündəni yayıb yağlayıb içliyimizdən əlavə edirik.  Digər kündələri də bu qayda ilə hazırlayırıq.Ən üst qatı yerləşdirib paxlava formasında kəsib, üzərini zövqə görə badam, fındıq, qoz ləpələri ilə bəzəyib üzərinə yumurta sarısı çəkib sobaya qoyuruq. 30-35 dəqiqə ərzində bişir. Sobadan çıxarıb şərbəti üzərin gəzdiririk.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!