Şokoladlı alman keksi

Şokoladlı alman keksi
Şirniyyat və Tortlar
10.09.2017 29
[/b]

[b]

kVəsaitlər:




3-3,5 stəkan un

3 ədəd yumurta

1 çay stəkanı qaynar su

80 qr. bittər şokolad

1 su stəkanı süd

200 qr. kərəyağı

1,5 su stəkanı toz şəkər

1 paket vanil

1 paket qabartma tozu

1 yemək qaşığı limon suyu



Üzəri üçün:



1 yemək qaşığı kərəyağı

5 yemək qaşığı krem

1 su stəkanı hindqozu

Yarım su stəkanı qoz içi

Yarım su stəkanı toz şəkər



Hazırlanışı:



Südü qaynadıb limon suyunu əlavə edib südün kəsilməsini təmin edin. Süd bu şəkildə bir kənarda dayansın.

Bir tavaya kərəyağı və şokoladı alıb yağ və şokolad əriyənə qədər az atəşdə qarışdırın...

Yumurtaları və şəkəri mikserlə çırpın...

Çırpılmış yumurtaya isti suyu, kəsilmiş südü, kərəyağı şokolad qarışığını əlavə edib mikserlə qarışdırın.

Ələnilmiş unu və digər vəsaitləri də əlavə edərək qarışdırın.

Keksi yağlanılmış keks qəlibinə alaraq əvvəldən isidilmiş 170 dərəcəli sobada bişirin.



Üst sousunu hazırlamaq üçün:



Şəkər və kərəyağını kiçik bir tavaya alın və az atəşdə əriyənə qədər qarışdırın. Daha sonra kremi əlavə edib ocaqdan alın...

Hindqozu və qoz içini əlavə edib qarışdırın. Qarışığı qəlibdən çıxardığınız keksin üzərinə yayıb süfrəyə verin.



Nuş Olsun...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!