Qeyri-adi alma piroqu resepti - FOTO RESEPT

Qeyri-adi alma piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

10 ədəd qat-qat xəmir

4 ədəd "Honeycrisp" və ya "Granny Smith" sortu almalardan

4 x/q kərə yağı

1/2 stəkan qəhvəyi rəngli şəkər tozu

2 ç/q darçın

1 x/q burbon içkisi (vacib inqredient deyil)

1 ç/q alma sirkəsi

1 ç/q vanil

1 litr bitki yağı (qızartmaq üçün)

1/4 stəkan şəkər tozu



Hazırlanması:

Reseptdəki piroq adi alma piroqundan həmçinin ölçüləri ilə fərqlənir.



1. Almalar yuyulub qurudulandan sonra şəkildəki kimi doğranır.



2.
Tava orta odda qızdırılır və yağ əlavə edilir. Yağ əridikdə tavaya
almalar əlavə edilir, üzərinə qəhvəyi şəkər tozu və darçın səpilərək
qarışdırıb qızardılır. Almalar karamel kimi olanacan, təqribi 10 dəqiqə
ərzində qarışdırılıb qızardılır. Son dəqiqə ərzində burbon, alma sirkəsi
və vanil əlavə edilir. Daha bir dəqiqə bişirilir və oddan götürülür.



3.
Lazım gələrsə xəmir birdaha yoğrulur, xəmirin qalınlığı 6 millimetr
olmalıdır. Stəkanla və ya digər alətlə xəmir yumru formada kəsilir,
diametri təqribi 5 sm ölçüdə. İçinə qızarılmış almalardan əlavə edilir.



4. Üzərinə bir qat xəmir qoyulub qıraqları sıxılır (zövqə görə bir qıraqdan cubuqda əlavə etmək olar).



5.
Tavanı 180 dərəcəyə dək isidib, piroqları qaynar yağda hər bir tərəfi
təqribən 30 saniyə ərzində, qızılı rəng alanadək, qızardılır. Hazır
olduqda tavadan götürüb salfet üzərində qurudulur.

Süfrəyə verildikdə üzərinə şəkər tozu səpilir.





























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!