Şəkərli kivi piroqu resepti - FOTO RESEPT

Şəkərli kivi piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

şəkərli xəmir

5 ədəd kivi

şəkər pudrası

bitki yağı



Hazırlanması:

1. Ərzaqlar hazırlanır.



2. Kivi yuyulur, qabığı soyulur və dilimlərə doğranılır.



3.
Şəkərli xəmir kündəsi soyuducudan çixarılıb, böyük ölçüdə olan iri
gözlü sürtkəcədən keçirilir. Tavaya perqament kağızı sərilir, biraz
bitki yağı ilə yağlanır və alınmış kütlə tavaya düzülür.



4.
Sürtkəcdən keçirilmiş ilk xəmir layının üzərinə kivi dilimləri düzülür.
Kivinin sayından asılı olaraq kivi layını birdaha təkrar etmək olar,
reseptdə bir laydır.



5.
Kivi layının üzərinə şəkərli xəmirin ikinci kündəsi sürtkəcdən
keçirdilib düzülür. Bıcaqla hər tərəfi eyni səviyyədə düzəldilir.



6. Əvvəlcədən 180-200 dərəcədə isidilmiş sobada, rəngi qızarana qədər, 30 dəqiqə ərzində bişirilir.



7. Piroq üzdən bir qədər soyuduqda, lakin içərisi isti olan zaman üzərinə şəkər pudrası səpilir və eyni hissələrə bölünür.



Natural meyvələrdən istifadə etdiyimiz üçün piroq çox zərif, aromatlı və dadlı alınır.













































Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!