Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

120 qr qaymaq (20% yağ tərkibli)

250 qr xama (20% yağ tərkibli)

800 qr kəsmik (18% yağ tərkibli)

100 qr kərə yağı

3 ədəd yumurta

10 qr limon qabığı

400 qr peçenya

100 qr qaragilə

200 qr şəkər tozu

şəkərli vanil bıçaq ucunda

darçın bıçaq ucunda



Hazırlanması:

Hazırki çizkeyk reseptində pendir yağlı kəsmik ilə əvəz olunub.



1. İnqredientlər hazırlanır.



2. Peçenyalar blender ilə xırda doğranır.



3.
Alınan un kimi peçenyalara bir qədər əridilmiş yağ vurularaq, formanın
dibinə yerləşdirilir. Sonra digər boşqabda kəsmiyə yağlı qaymaq qatılır,
onların üzərinə blenderdə çalınmış yumurta, şəkər tozu və şəkərli vanil
əlavə edilib qarışdırılır.

Formadaki
peçenyaların üzərinə ehtiyyatla kəsmikli məhlul əlavə edilib,
əvvəlcədən 170 dərəcədə isidilmiş sobaya 50 dəqiqəlik yerləşdirilir.



4.
Nəhayət, 50 dəqiqədən sonra çizkeyk sobadan çıxarılır, üzərinə birdaha
kəsmikli məhlul əlavə edilir, 2 xörək qaşığı şəkər tozu səpilir və bir
çimdik vanil əlavə edilərək yenidən 7 dəqiqəlik sobaya yerləşdirilir və
sobanın temperaturu 200 dərəcəyədək artırılır.



5. Sobadan çıxarılandan sonra üzərinə qaragilə əlavə edilərək 3-4 saatlıq soyuducuya yerləşdirilir.





















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!