Gilaslı dadlı piroq resepti

Gilaslı dadlı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

Maye yağ: 1 stəkan

Mineral qazlı su: 1 stəkan

Yumurta: 4 ədəd

Şəkər tozu: 2 stəkan

Vanil: 1 ədəd

Un: 4 stəkan

Qabartma tozu: 1 ədəd

Gilas və ya mandarin (mövsümünə və zövqə görə): 50 qram



Hazırlanması:


Piroqu
hazırlamaq üçün əvvəlcə yumurtaları dərin bir qaba qırırıq. Qırdığımız
yumurtaların üzərinə şəkəri əlavə edirik və möhkəmcə çalıb qarışdırırıq.
Budan sonra şəkərli yumurtanın üzərinə qazlı mineral su və yağı da
əlavə edirik. Bunları da qarışdırırıq. Şəkər, yumurta, qazlı mineral su
və yağ bir – birinə tam olaraq qarışmalıdır.

Bundan
sonra ayrı bir qaba qabartma tozu, vanilin və unu əlavə edərək yaxşıca
qarışdırırıq. Un, vanil və qabartma tozu qarışığını biraz əvvəl
hazırladığımız yumurta qarışığına əlavə edirik. Bunları möhkəmcə
qarışdırırıq və çırpırıq.

Piroq
hazırlayacağımız qəlibi maye yağ ilə yağlayırıq. Bu zaman piroq qəlibə
yapışmır. Hazırladığımız xəmiri bu qəlibə əlavə edirik.

Gilasları
yuyuruq. Mandarin istifadə ediləcəksə, qabıqlarını soyub hazırlayırıq.
Hazırladığımız gilas və ya mandarin dilimlərini qəlibə yerlədirdiyimiz
xəmirin üzərinə səliqə ilə düzürük.

Bu
arada duxovkanı 180 dərəcə temperatura isidirik. Duxovka istədiyimiz
temperatura qədər isindikdən sonra içərisində piroq xəmiri olan qəlibi
duxovkaya yerləşdiririk. Burada piroq 40- 45 dəqiqə bişir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!