Biskvitli rulet resepti - FOTO RESEPT

Biskvitli rulet resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

Biskvit üçün:


4 ədəd yumurta

125 qr un

125 qr şəkər tozu



Hopdurma üçün:

150 ml su

150 qr şəkər tozu

1-1/2 x/q tünd rom



Şirəsi üçün (qlazur):

2 x/q süd

3 x/q şəkər tozu

2 x/q kakao tozu

50 qr duzsuz kərə yağı



İçlik üçün:

şokoladlı-yağlı krem



Hazırlanması:

1. İnqredientlər hazırlanır.

2. Biskvit hazırlanır. Qarışdırma teli ilə yumurta və şəkər tozu oda davamlı qazanda qarışdırılır.

3. Qazan isti su vannasına yerləşdirilir və yumurta blenderlə qarışdırılır.

4.
Kütlənin rəngi ağarmalı və həcmi 3 dəfə artmalıdır. Əsas odur ki
yumurtalar çox isinməsin. Yumurtaların temperaturu 38ºC keçməməlidir.

5. Qazan su vannasından çıxarılıb, kütlə soyuyana qədər qarışdırılır.

6. Kütlə soyuyandan sonra, xörək qaşığı ilə ələkdən keçirilmiş un əlavə edilir.

7. Maye xəmir azacıq yağlanmış perqament kağızı üzərinə əlavə edilir.

8. Xəmir perqament üzərində 5 mm qalınlıqda yayılır. Əvvəlcədən 180ºC isidilmiş sobada 15 dəqiqə bişirilir.

9. Hazırlanmış biskvit azacıq cəhrayı və elastik olmalıdır.

10. Hazır biskvit perqament kağızı qarışıq rulet formasında bükülür.

11. Tam soyuması gözlənilir.

12. Bu arada hopdurma hazırlanır. Orta odda şəkər tozu suda əridilib qaynadılır.

13. Soyumuş siropa rom əlavə edilir.

14. Soyumuş rulet ehtiyyatla açılır və araları mətbəx fırçasının köməyi ilə siropla yağlanır.

15. Biskvitin qıraqlarından 2-2,5 sm məsavə buraxmaqla, üzərinə krem əlavə edilir.

16.
Çox ehtiyyatla biskvit bükülür, qıraqları bağlanmasa diş çöpündən
istifadə etmək olar. Büküləndən sonra siropla hər tərəfi yağlanıb, 30-40
dəqiqə müddətinə, krem soyuyana qədər soyuducuya yerləşdirilir.

17. Rulet soyuducuda olan müddətdə şirə (qlazur) hazırlanır. Bir qazanda süd və kərə yağı qarışdırılır.

18. Şəkər tozu və kakao əlavə edilir, qaynadılır və sonra soyudulur.

19. Rulet soyuducudan çıxarılıb hər tərəfi şirə ilə yağlanır.

20. Biskvitli rulet demək olar ki hazırdır. Üstü zövqə görə satışda olan ağ qənnadı kremlə bəzədilir.

21.
Rulet ən azı 8 saat müddətinə soyuducuya yerləşdirilir. Daha yaxşısı
isə bir gecəni soyuducuda qalmasıdır. Bu müddət ərzində şirə tam olaraq
ruletə hopmuş olur.

























































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!