Vanilli və limonlu keks resepti - FOTO RESEPT

Vanilli və limonlu keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

keks üçün xəmir, yarı porsiya.

1 ç/q vanil

1 x/q limon qabığı

şəkər pudrası



Hazırlanması:


Keks
- dadlı və asan hazırlanan desert növlərindəndir. Artıq bir dəfə keks
xəmirini hazırlamağı biləndən sonra, siz tez-tez öz ailənizi müxtəlif
cür kekslər bişirməklə sevindirəcəksiniz. Hazırki resept keksin ev
şəraitində ən sadə hazırlanması reseptidir. Bu kekslərə forma vermək
üçün xüsusi silikon qablardan istifadə ediləcək. Əvvəllər kekslərə forma
vemək üçün satışda yalnız metalik qablar idi və bu mütəlif cür
problemlər yaradırdı. Yeni silikon qablar daha tez və rahat yuyulurlar.



1.
Keks üçün xəmir hazırlanması artıq saytımızda ətraflı yazılmışdır.
Reseptdə oradaki xəmirin yarı hissəsi istifadə ediləcəkdir.



2. Xəmirə vanil əlavə edilib yaxşı qarışdırılır.



3.
Keks xəmirini bitki yağı ilə yağlanmış silikon qablara tökürük.
Bişdikdə xəmir qalxacaq, onun üçün silikon qabın 2/3 hissəsi dolmalıdır.



4. Əvvəlcədən 180-200 dərəcədə isidilmiş sobada, üzü qızaranacan, 30-40 dəqiqə bişirilir.



5. Bişəndən sonra kekslər silikon qabdan çıxarılıb birqədər soyuması üçün taxta üzərinə düzülür.



6. Soyuyandan sonra kekslər boşqaba yerləşdirilib şəkər purdası ilə səpilir.



7. Kekslər zərif və dadlı alındı.





































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!