Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

187 qr un

198 qr şəkər tozu

28 qr kakao

7 qr qabartma tozu

3 qr duz

5 ml alma sirkəsi

19 ml vanil ekstraktı

118 ml qoxusuz bitki yağı

237 ml soyuq su (və ya tünd olmayan qəhvə)



Hazırlanması:

1. Lazım olan inqredientlər.

2. Soba 180°C temperaturunda isidilir. Bu arada un, şəkər tozu, kakao, qabartma tozu və duz qarışdırılır.

3.
Alınmış kütlədə 3 dəlik açılır - biri böyük ikisi isə balaca dəliklər.
Balaca dəliyin birinə alma sirkəsi, digərinə isə vanil ekstraktı əlavə
edilir. Böyük dəliyə isə yağ əlavə edilir.

4. Hamısı yaxşı qarışdırılır. Nəticədə həmcins, qabarıqsız maye xəmir alınır.

5. Maye xəmir bir neçə və ya bir forma qabına əlavə edilərək 30 dəqiqə sobada bişirilir.

6. Hazır olandan sonra soyuması gözlənilir.

7. Artıq üzərinə şəkər pudrası səpərək süfrəyə vermək olar.





























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!