Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

400 qr un

300-450 qr şəkər tozu

1 stəkan süd

5 ədəd yumurta

100 qr kərə yağı

10 qr qabartma tozu

bir çimdik duz



Hopdurması üçün:

250 qr yağsız xama

350 qr qatılaşdırılmış süd (squşonka)

1 x/q vanil esensiyası



Hazırlanması:

1. İnqredientlər.

2. Soba 180°C temperaturunda isidilir. Kasaya un, qabartma tozu və duz əlavə olunub kənara qoyulur.

3. Balaca qazanda, az odda südlə yağ isidilir, yalnız yağ əriyənə qədər.

4. Bir qədər dərin qazanda, yumurta ilə şəkər tozu çalınır. Təqribi 5 dəqiqə - yumurtanın rəngi açılana qədər.

5. Sonra, tədricən qarışdıraraq qaşıqla un əlavə edilir.

6. Və yuxarıda hazırlanan südlü mayenin 1/4 hissəsi əlavə edilir.

7.
Hamısı bir yerdə həmcins kütlə alınana qədər çalınır. Biskvit qabı
yağlanır, dibinə bir qədər un səpilir. Maye xəmir biskvit boşqabına
əlavə edilib 40-50 dəqiqəlik sobaya yerləşdirilir.

8. Hazır biskvit qırmızı və elastik alınmalıdır. Bir qədər soyudulur.

9. Bu arada hopdurma hazırlanır. Blender vasitəsi ilə qatılaşdırılmış süd, xama və vanil esensiyası tam qarışdırılır.

10. Biskvit formadan çıxarılır.

11. Biskvit öz həcmindən böyük bir qazana yerləşdirilir. Bıçaq və ya çəngəl vasitəsi ilə biskvitdə dərin dəliklər edilir.

12. Hopdurma ilə yavaş-yavaş doldurulur.

13.
Və bu halda, qazanın qapağı bağlanıb, biskvit 5 saat ərzində saxlanılır
(daha yaxşı olar ki bütün gecəni). Bu müddət ərzində biskvit süngər
kimi bütün hopdurmanı özünə çəkmiş olar.

14. Dadlı, zərif və yüngül biskvit hazırdır! Səhər yeməyində bir fincan çay ilə bu cür biskvit hər kəsin xoşuna gələr.



























































Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!