Armudlu kiçik şarlotkalar resepti

Armudlu kiçik şarlotkalar resepti
Şirniyyat və Tortlar
10.09.2017 5
Standart şirniyyatlar bişirməyi buraxıb, bir qədər ətrafdakıları təccübləndirin. Həm görünüşü, həm də dadı ilə hər kəsin ürəyini ala biləcəyiniz bir şarlotka reseptini sınayın. Bu dəfə armudla hazırlayacağınız təam, armudlu şarlotka adlanır. Şirin, dadlı bir armud öz effektini şirniyyatlarda da yüksək səviyyədə göstərir.



Tərkibi:(6 nəfərlik pay üçün):

2 yumurta

1 stəkan şəkər tozu

1 stəkan un

2 armud (təxminən 300qr)



Hazırlaması:

İlk öncə 2 yumurtanı sındırıb 1 stəkan şəkər tozu ilə qarışdırın. Elə qarışdırmalısınız ki, şəkər tozu tamamilə ərisin. Daha sonra unu əlavə edib, tamamilə həll olana qədər qarışdırın.Yəni şəkər tozu, yumurta və un bir birinə yaxşıca qarışaraq həll olmalıdır.



Daha sonra armudları yuyaraq, qabıqını soyun. Təmizlədiyiniz armudları əvvəl iki yerə, sonra isə hər bir armudun yarısını 6 hissəyə ayırın.



Yapışmasın deyə yağlı qaşıqla xəmirdən götürüb formalı qablara qoyaraq, hər bir qaba 4 hissə armud əlavə edin. Armudlar xəmirin içində itib batacaq. Amma buna görə narahat olmayın. Çünki bişdikcə yenidən üzə çıxacaqlar. Sonda sobaya qoyaraq 200 dərəcədə 25-30 dəqiqə bişirin. Budur, kiçik armud şarlotkaları hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!