Fransız bulkaları resepti

Fransız bulkaları resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

hazır mayalı qat-qat xəmir

200 q kişmiş

200 q damla şokolad

"Kuantro" likörü və ya konyak



Krem üçün:

0,5 l süd

100 q şəkər tozu

0,5 ç.q. vanilli şəkər

1,5 x.q. un

2 yumurta



Şərbət üçün:

0,5 st su

0,5 st. şəkər tozu



Hazırlanması:

Xəmirin donunu soyuducunun aşağı gözünə qoymaqla açın.



Kişmişi bir gecə öncədən konyakda və ya "Kuantro" liköründə isladın.



Krem:
südə vanilli şəkər əlavə edib ocağın üstünə qoyun. O qızanadək 2
yumurtanı şəkər tozu və unla çalın, süd qaynamağa başlayanda südün
1/3-ni götürüb yumurta qarışığına nazik axınla əlavə edin
(qarışdıra-qarışdıra), sonra bu qarışığı qaynayan südə əlavə edin, daim
qarışdıraraq daha 5-7 dəqiqə bişirin. Soyudun.



Xəmiri
yayın. Soyumuş kremi üzərinə çəkin. İki yerə bölün. Birinin üzərinə
isladılmış kişmiş, digərinə isə damla şokolad səpin. Rulet kimi bükün.
İti bıçaqla 2 sm qalınlıqlı dilimlərə doğrayın. Dilimlərin kənarı
açılacaq, buna görə onların ucunu su ilə isladıb "gövdəyə" yapışdırın.



Perqament
döşənmiş siniyə düzün, üstündən azacıq basıb yastılayın. Üzərinə
yumurta sarısı çəkin. 20 dəqiqə şişməsi üçün saxlayın.



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.



Bu müddətdə şərbət hazırlayın: yarım stəkan suda yarım stəkan şəkər tozunu əridib qaynadın.



Bulkaları sobadan çıxarandan sonra üzərinə bu şərbətdən çəkin ki, parıldasınlar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!