Rahat loxma resepti

Rahat loxma resepti
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:

2 yumurta

0,5 stəkan manna yarması

1 çay qaşığı soda

1 paket qabartma tozu

0,5 limonun suyu

1 dolu stəkan qatıq

2 stəkan un

1 paket vanil



Şərbəti ücün:

2 stəkan şəkər tozu

2,5 stəkan su

3 dilim limon



Qızartmaq üçün:

Bitki yağı



Hazırlanması:

Şərbətin hazirlanması:

Bir qazanda şəkər,su və limon dilimlərini qaynadin.



Xəmirin hazırlanması:

Bir
qabda 2 yumurtanı sındırın.Kənarda soda,limon suyu və qabartma tozunu
qatıq stəkanın üzərinə əlavə edin.Tam köpürməsi üçün gözləyin.

Sonra
alınan qarışığı yumurtaların üzərinə əlavə edin.Ən sonda manna və unu
əlavə edərək qaşıqla qarışdırın Xəmir nə çox duru,nə də çox bərk
olmamalıdır.Nisbətən çörək xəmirinə bənzəyir.Hazırladığınız xəmirdən 2
ədəd çay qaşığı vasitəsilə kiçik topa bənzər parçalar alıb qızmış yağda
bişirin.Qaşıqları hər dəfə yağa batırın ki,xəmir yapışmasın.Hazır
lokmaları ilıq şərbətin içərisində 2-3 dəqiqə saxlayin və çıxarın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!