Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT

Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

160 q qarğıdalı unu

150 q üyüdülmüş badam (yaxud qoz, fındıq)

250 q kərə yağı

150 q şəkər tozu

1 portağalın sedrası

60 ml portağal şirəsi

3 yumurta

1 x.q. portağal likörü (kuantro, kürasao, qran marnye və s. - vurmasanız da, olar)

1/4 ç.q. duz



Şərbət üçün:

60 ml portağal şirəsi

50 q şəkər tozu



Hazırlanması:

Qarğıdalı unu və badam ununu qarışdırıb bir kənara qoyun.





Yumşaldılmış
kərə yağı, şəkər tozu, sedra və duzu mikserlə krem qatılığına gələnədək
çalın. Bir-bir yumurta sarılarını əlavə edib hər birindən sonra yaxşıca
çalın. Portağal şirəsi və likör (əgər istifadə edirsinizsə) əlavə edin,
yenə çalın.





Qarğıdalı və badam ununun qarışığını əlavə edin, qarışdırın.





Başqa qabda yumurta ağlarını mikserlə möhkəm çalın.





Xəmirə əlavə edib qaşıqla aşağıdan yuxarıya doğru qaldırmaqla qarışdırın.





Kərə və ya bitki yağı çəkilmiş formaya tökün.



160 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Bişib-bişmədiyini kibrit və ya diş çöpü ilə yoxlayın.



Bu
müddətdə şərbəti hazırlayın: tayqulpa portağal şirəsi və şəkər tozunu
tökün, ocağın üstünə qoyun. Şəkər tozu əriyənədək qarışdırın. Götürün.



Hazır piroqu sobadan çıxarıb isti-isti üstünə şərbət gəzdirin.



Otaq temperaturunadək soyudun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!