Türk paxlavası resepti - FOTO RESEPT

Türk paxlavası resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

Xəmir üçün
:

1 kq un

2 st. süd

100 q kərə yağı

1 yumurta

duz



İç üçün:

300 q qoz

300 q şəkər tozu



Şərbət üçün:

1 st. şəkər tozu

1 st. su

zəfəran



+100 q ərinmiş yağ





Hazırlanması:

Unu ləyənə ələyin, yumurta qırın, süd, ərinmiş yağ, duz əlavə edib bircinsli yumşaq, ələ yapışmayan xəmir yoğurun.





Kündələyin, təxminən 45 kündə alınır.





Xırdalanmış qozla şəkəri qarışdırın.





Bir kündəni götürüb napnazik yayın, üzərinə ərinmiş kərə yağı çəkin, iç səpin.





Napnazik oxlov (yoxdursa, çubuq) götürüb lavaşı onun köməyilə rulet kimi bükün.





Qıraqlardan «ruleti» əlinizlə ortaya doğru sıxın (qırış-qırış alınacaq).



Bütün
xəmir və iç bitənədək belə paxlavalar hazırlayın. Sonra bunları
yağlanmış dərin siniyə, yaxın-yaxın qoyun, üzərinə yumurta sarısı çəkin,
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Çıxarın, üzərinə
ərinmiş isti yağ gəzdirin, yenə də sobaya, üstü qızaranadək bişməyə
qoyun (təxminən 30-40 dəqiqə).



Şəkər tozu ilə suyu qarışdırın, zəfəran (idealda - limon) əlavə edin, qaynadın.



Üstü qızarmış paxlavanı çıxarın, üstünə şərbət gəzdirin, sobada daha 5 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!