Ocaqda Gəncə paxlavası resepti - FOTO RESEPT

Ocaqda Gəncə paxlavası resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi (iri məcməyi üçün):

Xəmir üçün:


1 kq un

5 yumurta

100 q ərinmiş yağ

50 q gül suyu

azca su



İç üçün:

qoz

şəkər tozu

hil



Arası üçün:

1 kq kərə yağı



Şərbət üçün:

1 l su

1 kq şəkər tozu



Üzəri üçün:

zəfəran

qoz

xaş-xaş



Hazırlanması:

Təmizlənmiş qozu maşından keçirib şəkər tozu və hillə qarışdırın.









Xəmir üçün olan ərzaqları qarışdırıb xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib təxminən yarım saat saxlayın.





Xəmiri
9 yerə bölüb kündələyin, birini daha iri tutun (altı üçün). İri kündəni
məcməyidən bir qədər iri böyüklükdə nazik yayın. Paxlava xəmiri istidə
yayılanda cırılır, odur ki, soyuq otaqda yayın.





Məcməyini yağlayın. Yaydığınız lavaşı içinə döşəyin, kənarları azca sallansın.



Üzərinə iç qoyub bərabər yayın.



Digər
kündələri məcməyi boyda yayıb, prosesi təkrarlayın. Son lavaşı
paxlavanın üzərinə çəkib, kənarlardan sallanan birinci lavaşın qırağını
qatlayıb altına salın.



Sonra
paxlavanı doğrayın. Əvvəlcə nişanlayın, sonra doğrayın. Çalışın ki,
altdakı xəmirlə qoz yuxarı çıxmasın. Bunun üçün iti bıçağı arada suya
batırın (əla bir üsul da var - bıçağı odda qızdırıb paxlavanı kəsmək).









10 q zəfəranı həvəngdəstədə döyün, çay kimi dəmləyin. Sonra şotka ilə ehtiyatla paxlavanın üzərinə çəkin.






xaş-xaş yoxdursa, qara xaş-xaşın üstünə qaynar su tökün, sonra dəsmalın
arasında qurudun. Sonra paxlava romblarının aşağı və yuxarı hissələrinə
azacıq səpin. Ortalarına qoz, yaxud badam basın.



Gəncə
paxlavası ocaqda bişir. Ocağı qalayıb köz salanda kənarlarına 4 qırmızı
kərpic düzüb məcməyini üstünə qoyun. Amma əvvəlcədən ortadakı közü
azacıq dağıdın, yaxud kənara çəkin ki, ortası yanmasın.






[center][/center]







Bir
müddət sonra paxlavanın ətri yayılır, deməli, üzərinə ərinmiş yağ
gəzdirmək lazımdır ki, layları yaxşıca qızarıb bişsin. Bıçaqla
kənarından qaldırıb paxlavanın rəngini yoxlayın.





Altı
bişməyə yaxındırsa, üstünü də bişirmək lazımdır. Məcməyinin kənarına 4
şiş düzün, üzərinə də başqa məcməyini çevirin (şiş ona görə düzülür ki,
üstdəki məcməyi paxlavanı əzməsin). Altdakı közdən götürüb üstdəki
məcməyinin üstünə tökün (altda da bir az qalsın).





Bişəndən sonra təxminən 2 l qaynar şərbəti paxlavanın üzərinə gəzdirin. Soyuyandan sonra bir də doğrayın.





Bu
resept ocaqda paxlava bişirməyə şəraiti olanlar üçündür. Kimdə belə
şərait yoxdursa, kefini pozmasın. Sobada da bişirmək olar, özü də fərqli
paxlavalar: badamla, qozla, yaşıl fıstıqla, hətta qarışıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!