Halqa şirnisi resepti

Halqa şirnisi resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

1 su stəkanı su,

1 su stəkanı un,

1 su stəkanı irmik,

2-3 şorba qaşığı kərə yağı və ya 100 q marqarin,

4 dənə yumurta,

1 vanilin,



Şərbəti üçün:

3 su stəkanı şəkər,

4 su stəkanı su,



Hazırlanması:

Qazana su və kərə yağını alıb orta atəşdə ocağa qoyun.

Su qaynayıb yağ əriyincə içinə

un və irmiyi əlavə edib davamlı qarışdırn. Qatı hala gəldikdən 1-2 dəqiqə daha bişirib atəşdən alıb soyumağa qoyun.

Daha sonra vanilini və yumurtaları əlavə edib taxta qaşıqla qarışdırn.

Xəmiri ələ yapışmayacaq hala gətirin.

Əğər çox quru olarsa 1 yumurta daha əlavə edə bilərsiniz.

Daha
sonra xəmiri krem torbasına doldurun. Tavanın yarısına qədər duru yağ
yağ qoyub qızdırınXəmiri sıxıb iki ucunu birləşdirdikdən sonra yağın
içinə atın.

Vam odda rahat- rahat qızardıb yağdan çıxardın və soyumağa qoyun.

Şərbəti
üçün 3 su stəkanı şəkər və 4 su stəkanı suyu 15 dəqiqə qaynadın və
şirniyyatın üzərinə töküb tamamən çəkməsini gözləyin. Şirniyyat
soyuyunca servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!