Şokoladlı Napoleon tortu resepti

Şokoladlı Napoleon tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

xəmir:


550 q un

50 q kakao tozu

200 ml su

50 ml espresso

40 q əridilmiş kərə yağı

1 ç.q. duz

1 ç.q. şəkər tozu

300 q kərə yağı



1-ci krem: 

400 ml süd

100 ml acı qəhvə 

5 yumurtanın sarısı

120 q şəkər tozu

70 q un

50 q tünd şokolad



2-ci krem:

150 q otaq temperaturunda kərə yağı

30 ml süd

100 q şəkər pudrası



Hazırlanması:

Xəmir:

Ələnmiş una duz və şəkər tozu qatın, ortasında çala açın, su, qəhvə və
əridilmiş kərə yağı əlavə edin. Bərk xəmir yoğurun. Kündələyib plyonkaya
bükün, soyuducuda 1 saat saxlayın. 



300 q kərə yağını perqamentə büküb 1 sm qalınlıqda, düzbucaqlı formada yayın. Soyuducuda 1 saat saxlayın.



1 saat sonra xəmiri çıxarıb uzunluğu yağın ölçüsündən iki dəfə böyük
ölmaqla düzbucaqlı formada yayın. Xəmirin bir yarısına yağı qoyun, o
biri yarısını üstünə çəkin. Soyuducuda 40 dəqiqə saxlayın. 



Sonra çıxarıb 1,5 sm qalınlıqda yayın. Kitab kimi qatlayıb soyuducuda 40
dəqiqə saxlayın. Bu proseduru daha 3 dəfə təkrarlayın. Hər dəfə xəmiri
soyuducuda ən azı 30 dəqiqə saxlayın. 



Xəmir hazır olanda onu 0.5 sm qalınlıqda yayın (təxminən 2 listlik).
Çəngəllə deşin. 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Şəbəkənin üzərində soyudun. 



1-ci krem: 

Tayqulpa süd, qəhvə, şəkər tozunun yarısını töküb ocağın üstünə qoyun.
Buxar çıxanacan qızdırın. Ayrı qabda yumurta sarılarını şəkər tozunun
qalanı ilə çalın, ələnmiş un töküb qarışdırın. Qaynar qəhvəli südün
yarısını töküb yaxşıca qarışdırın (onu nazik axınla töküb sürətlə
qarışdırmaq lazımdır ki, yumurta sarısı bişib lopa qalmasın). Sonra bu
qarışığı ocağın üstündəki tayqulpdakı qəhvəli südün üzərinə tökün, orta
itilikli ocaqda, qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürün,
xırdalanmış şokolad əlavə edib əriyənədək qarışdırın. Ağzına plyonka
çəkib soyudun. 



2-ci krem: 

Yumşaq kərə yağını şəkər pudrası ilə möhkəm çalın. Otaq temperaturunda olan süd əlavə edib bir daha çalın.



Korjları istədiyiniz ölçüdə kəsin (düzbucaqlı, yaxud dairəvi). Birinci
korjin üzərinə bişmiş şokoladlı krem (1-ci krem) çəkin. Növbəti korjun
altına yağlı (2-ci) kremi çəkin, şokoladlı kremin üzərinə qoyun. İkinci
korjun üst üzünə şokoladlı krem çəkin, növbəti korju eyni qaydada
hazırlayıb üstünə qoyun (korj+şokoladlı krem+yağlı krem+korj+şokoladlı
krem+yağlı krem və s.). Beləcə, tortu yığın. Üzərinə və kənarlarına
şokoladlı krem çəkin, ovuntuq səpin. Soyuducuda 12 saat saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!