Meyvəli şokolad topları resepti

Meyvəli şokolad topları resepti
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:

350 qram tünd şokolad

200 qram quru əncir və ya tumları çıxarılmış xurma

2 ədəd yaşıl alma

150 qram meyvəli müsli

100 qram duzsuz badam

100 qram duzsuz püstə

50 qram hindqozu

1 ədəd portağal

2 ədəd kivi

 

Hazırlanması:

Şokoladı
əridin. Quru meyvələri xırda-xırda doğrayın. Portağalın qabığını
rəndələyib müsli və quru meyvələrlə birgə şokolada əlavə edin. Quru
meyvələri şokoladla bir müddət yoğurduqdan sonra badam və fıstıqları
əlavə edib bir də qarışdırın.

 

Sonrakı
mərhələdə kivini soyub başqa bir boşqaba düzün. Sonra deserti qoz
böyüklüyündə yumurlayaraq hind qozuna bulayın və kivi üzərinə
yerləşdirin. Soyuducuda saxladıqdan sonra servis edin.

 

İstəyə görə topları ayrıca ərinmiş şokolada da bulaya bilərsiniz. Bir sözlə, topları bəzəməyi öz zövqünüzə buraxırıq.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!