10 addıma hazırlanan göy qurşağı tortu resepti - FOTO RESEPT

10 addıma hazırlanan göy qurşağı tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 16
Adətən
yağışdan sonra günəş çıxdıqda görünən göy qurşağı bütün insanlarda,
əsasəndə uşaqlarında sevincinə səbəb olur. Göz oxşayan əlvan rənglərin
insanın əhvalına yüksək təsir etdiyindən yeməklərdə də rəngarəngliyə
üstünlük verənlər az deyil. Əsas odur ki göz yorulmasın.



Əgər
Sizdə mətbəxinizdə rəngarəngliyə üstünlük verirsinizsə, o zaman
Qadınlar.biz-in təqdim etdiyi "Göy qurşağı" tortunu mütləq
hazırlamalızınız. Bu tort qonağlıqlarınıza ğa rəng qatacaq və heç kəsi
biganə qoymayacaq.



Tərkibi:

Xəmir üçün:


3 stəkandan bir az çox un

2 stəkan şəkər tozu

1.5 stəkan yağsız süd

1.5 çay qaşığı vanil tozu

3 ədəd yumurta

180 qr kərə yağı

3 çay qaşığı qabartma tozu

2/3 çay qaşığı duz

5 cür rəngli və 1 qara qida boyası



Krem üçün:

180 qr kərə yağı

2 stəkandan bir az çox (1/5 stəkan) şəkər kirşanı

2 çay qaşığı vanil

4 xörək qaşığı süd



Hazırlamaqsı:

Xəmir: Un
və şəkər tozunu qarışdıraraq, kərə yağını xırda-xırda doğrayıb üzərinə
əlavə edin. Daha sonra mikserlə yaxşıca çalın. Ardınca üzərinə
yumurtaları, qabartma tozunu, vanili və südü əlavə edərək, yenidən
yaxşı-yaxşı qarışdırın.



Krem: Yağı
mikserlə çalararaq üzərinə şəkər kirşanı və vanil əlavə edib,
yavaş-yavaş südü əlavə edin. Bütün südü əlavə etdikdən sonra qarışımı
krem halına gələnə qədər qarışdırın.







1.
Xəmirdən 1 çay fincanı ayırıb onu qara rənglə qarışdırın. Daha1.5 çay
fincanı xəmir ayıraraq, onu 5 müxtəlif rəngə ayrı ayrı boyayıb kiçik
mətbəx kisələrinə yığın. Yerdə qalan xəmirdən elə istifadə edin ki 3
ədəd biskivit üçün çatsın. 







2. Biskiviti bişirəcəyiniz formanı yağlayıb dibinə iki xörək qaşığı xəmir yaxın.







3.
Bəbir naxışlı bəzəkli biskivit alınması üçün qara rəngli xəmirlə dolu
kisəni iç-içə dairə şəklində biskivit xəmirinin üzərində gəzdirin. 







4.
Ardınca eyni qayda ilə 5 rəngin hər birini qara zolağın üzəri ilə
gəzdirin. (Rəngli zolaqlar qara zolaqların üstünü örtməlidir.)







5. Yenidən rəngli dairələrin üzərində qara xəmirlə zolağ çəkin. Son olaraq adi xəmirlə üstünü tamamilə örtün. 







6. 180 dərəcə tempraturda sobada 20-25 dəq bişirin. Bu tortun bir biskivitidir.







7.
Eyni qayda ilə daha 2 bikivit hazırlayaraq bişirin. Bütün biskivitlər
hazır olandan sonra üst hissələrini nazik kəsib ağ kremin 1/3 hissəsini
aralarına yayaraq üst-üstə qoyun.







8.
Yerdə qalan kremi 6 hissəyə ayıraraq biri qara olmaqla, rənglərlə
boyayın. Kiçik mətbəx kisələrinə qoyaraq, aşağıdan yuxarıya doğru hər
rəngdən iki qalın zolaq çəkərək tortun üzərini yanlardan rəngləməyə
başlayın.







10.Ən sonda tortun üzərini qara rəngli kremlə bəbir naxışları ilə bəzəyib, sevdiklərinizə təqdim edə bilərsiniz.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!