Dadlı Pay keks resepti

Dadlı Pay keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 43
Hər
gün uşaqlar dərsə gedəndə analarından dərs arası yemək üçün şirniyyat
istəyir. Ən yaxşısı övladlarınızın evdə hazırlanmış şirniyyatları
yeməsidir. Çünki hazır şəkildə alınmış şirniyyatların tərkibi, mənşəyini
bilmək olmur. 



Uşaqlar
bizim gələcəyimizdir , onların sağlamlığına biganə yanaşmaq doğru
deyil. Odur ki, onların evdə hazırlanan şirniyyatlarla və yeməklərlə
qidalanmasını təmin etmək lazımdır. Əgər vaxtınız yoxdursa, sadə və asan
hazırlanan reseptlərdən istifadə edin.



Qadınlar.biz  sizlərə asan başa gələn Pay keksin hazırlanma qaydasını təqdim edir.



Tərkibi:

100 q kərə yağı

100 q 70%-li şokolad

1/3 stəkan şəkər tozu

2 ədəd yumurta

80 q buğda unu



Hazırlanması:

Şokoladı
xırda-xırda hissələrə bölüb, yağla qarışdırdıqdan sonra əriməsi üçün
qaynayan su ilə dolu bir qabın üzərinə qoyun. Başqa bir kasada yumurta
və şəkər tozunu qarışdırın. Üzərinə əridilmiş yağ və şokalad qarışığını
əlavə edin. Daha sonra səliqəli şəkildə unu əlavə edin və formaya tökün.



Formaya
tökdükdən sonra bir qədər gözləyin ki, məhlul formada öz yerini
tamamilə tutsun. Sobanın tempraturunu 180 dərəcəyə qədər isitdikdən
sonra 10 dəqiqə bişirməyə qoyun.10 dəqiqədən sonra nəfis qoxulu keks
hazır olacaq. Nuş olsun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!