Orqanizmin vitamin bombası resepti

Orqanizmin vitamin bombası resepti
Şirniyyat və Tortlar
10.09.2017 15
Orqanizminizdə vitamin "bombası” effekti yaradacaq bir qarışıq.

Payız
qışın sorağını verən bir fəsildir. İnsanlar ilin bu fəslindən maksimum
dərəcədə yararlanmağı bacarmalıdır. Payızı hətda qışa hazırlıq fəsli
kimidə dəyərləndirmək olar. Qarşıdan gələn soyuqların xəbərçisi olan
payız özü ilə birgə bir sıra xəstəlikləri də gətirir. 



Ən
çox zökəm, qrip kimi yoluxucu xəstəliklər insanları narahat edir. Ona
görə də bacardığınız qədər payızda vitamin qəbul edərək özünüzü qışa
hazırlayın. 



Qadınlar.biz  sizlərə orqanizminizdə vitamin "bombası” effekti yaradacaq bir qarışımı sizə təqdim edir.



Tərkibi:

500 q. Kişmiş.

500 q. Qaysı.

500 q. Əncir qurusu.

500 q. Bal.

2 st. Qoz ləpəsi.

1 ədəd limon qabıqlı.



Hazırlanması:

Hazırlanma
qaydası çox sadədir.Bütün bu ərzaqları mətbəx kombayınından (ət
maşınından da keçirmək olar) keçirib, balla qarışdıraraq bankaya qığa
bilərsiniz. Soyuducuya qoyaraq gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1
xörək qaşığı yemək kifayət edər.



Sadaladığımız
ərzaqların yarısını da istifadə edərək hazırlaya bilərsiniz. Bu
vitaminlə zəngin qarışım uşaqlarınızın sağlamlığını təmin edəcək ən
dadlı vasitədir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!