Ən asan bananlı piroq resepti - FOTO RESEPT

Ən asan bananlı piroq resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 22
Şirniyyat, desertlər, tortlar
hazırlamağa vaxtınız olmadıqda marketlərdə satılan hazır şirniyyatları
almaq məcburiyyətində qalırsız. Bəzən bu şirniyyatların saxlanma müddəti
keçir, ya da tərkibində mənşəyi məlum olmayan maddələr olur. Bütün
bunlar is sağlamlığınıza zərər verə bilər.



Qadınlar.biz  sizə asan və tez hazırlanan piroq hazırlamaq qaydasını reseptini təqdim edir.



Ərzağınıza və vaxtınıza qənaət
edərək hazırlayacağınız banan piroqu ilə sevdiklərinizin sağlamlığını
qoruyaraq onları sevindirə, hətda körpə uşaqlara belə ürək rahatlığı ilə
verə bilərsiniz .



Tərkibi:

100 q kərə yağı

3 ədəd yumurta

300 q un

1st şəkər tozu

1 st xama

3 ədəd banan



Hazırlanması:

1. Unu ələkdən keçirin.Yumurtaların
ağını sarısından ayırıb, 3 yumurta sarısını yarım stəkan şəkər tozu ilə
qarışdırıb üzərinə unu əlavə edin. Bir qədər bərk xəmir alınana qədər
qarışdırın və 30 dəq. ərzində soyuducuya qoyun.



2. Soyuducudan çıxarılan bananları qabıqdan təmizləyib halqa şəklində doğrayın. Bananın üzərinə ətir üçün vanil əlavə edin.







3. Soyuducudan çıxardığımız xəmiri
sobanın sinisinə yayırıq. Amma əvvəlcə sinini yaxşıca yağlayırıq ki,
bişmiş piroq listə yapışmasın.



4. Yaydığınız xəmirin üzərinə
doğradığınız bananları düzüb üzərinə xama əlavə edin. Diqqət etmək
lazımdır ki, xama yağlı və bərk olsun. Çiy piroqun üzərinə vanil, şəkər
tozu əlavə edərək dadına dad qata bilərsiniz.



5. Hazırladığınız piroq xəmirini bişirmək üçün sobaya qoyun. 180-200 dərəcədə 20 dəq. bişirin.



6. 3 yumurtanın ağından beze
hazırlayın. Bunun üçün yumurtanın ağlarını yarım stəkan şəkər tozu ilə
10 dəqiqə ərzində yaxşıca çalırıq. Bezenin düzgün çalındığına əmin olmaq
üçün məhlulun olduğu qabı çevirmək lazımdır. Əgər məhlul axmırsa deməli
beze hazırdı.







7. Piroqu sobadan çıxarıb üzərinə beze çəkib, banan dilimləri və badamla bəzəyərək, yenidən 3 dəqiqəliyinə sobaya qaytarın.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!