Qoz-fındıqlı snikers tortu resepti

Qoz-fındıqlı snikers tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

300 q un

1 çimdik duz

130 q şəkər pudrası

230 q kərə yağı

170 q qatılaşdırılmış süd (bişirilmiş)

300 q şokolad

100 q qoz

100 q fındıq



Hazırlanması:

125 q kərə yağı, duz və şəkəri qarışdırın. Un qatıb qarışdırın. Yağlanmış dərin tavaya tökün. Üstünü hamarlayın.

Qızdırılmış sobada 20-30 dəqiqə bişirin.



Krem
üçün: kərə yağının qalanını və qaynadılmış qatılaşdırılmış südü bir
qazançada qarışdırın. Ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək
daim qarışdırın. Sonra ocaqdan götürüb çalın. Kremi isti-isti korjun
üstünə çəkin. Soyudun.



Şokoladı
su hamamında əridin. Xırdalanmış qoz-fındıq əlavə edin. Qarışdırıb
tortun üstünə çəkin. Hamarlayın. Soyudun. Üstünə qoz-fındıq səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!