Asan rulet resepti - FOTO RESEPT

Asan rulet resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 45
Tərkibi:

1 banka
qatılaşdırılmış süd (350-380qr)

1 ədəd
yumurta

170qr un

0,5 Ç/q
soda

400 qr
marmelad(içlik üçün) və ya cem

 

Hazırlanması:

Sobanı
180C dərəcəyə qədər qızdırırıq

Qatılaşdırılmış
südü bir qaba töküb üzərinə  yumurtanı qırırıq,
unu əlavə edirik  və sodanı əlavə edib
yaxşıca çalırıq. Soba nimçəsinin içinə yağlı kağız səririk və xəmiri həmin kağızın üzərinə tökürük. Hər tərəfi
eyni qalınlıqda olacaq şəkildə yayırıq ( hardasa 0,5mm)

Əvvəlcədən
qızdırılmış sobada  15 dəqiqə bişiririk.
Qızılı rəng olan kimi sobadan çıxarırıq. İsti keksin üzərinə içliyi və ya marmeladları
düzürük. Yağlı kağızı soya-soya rulet şəklində bükürük.

Bunu keks
isti olan zaman mütləq etmək lazımdır, əks təqdirdə keksi bükərkən üzərində
çatlar əmələ gələcək. Daha doğrusu soyumuş keks qırıldığı üçün bükmək ümumiyyətlə mümkün deyil.

Hazır
rulet 15 dəqiqə içini çəkdikdən sonra  kəsib
servis etmək olar.

 

P.S:  İçlik kimi  qoz-fındıq və ya quru meyvələrdən də istifadə
etmək olar. Həmçinin çalınmış qaymaq və ya su vannasında əridilmiş şokoladdan
da istifadə etmək olar.

 


 

 

 

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!